İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaponiyaya görə nüvə silahını işə salacaq – Vaşinqtondan mühüm bəyanat

Birləşmiş Ştatlar nüvə silahından istifadə də daxil olmaqla, Yaponiyanın müdafiəsinə sadiqliyini bir daha təsdiqləyir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişidanın Vaşinqtonda apardıqları danışıqların yekunu üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

Ağ Evin mətbuat xidmətinin yaydığı mlumata əsasən bnəyanatda həmçinin qeyd olunur: “Prezident Bayden Birləşmiş Ştatların bütün vasitələrdən, o cümlədən nüvə silahından istifadə etməklə, Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Təminatları haqqında Müqavilənin 5-ci maddəsinə uyğun olaraq Yaponiyanın müdafiəsinə sarsılmaz sadiqliyini bir daha təsdiqlədi”. Müqavilənin 5-ci maddəsinə əsasən hər bir tərəf müttəfiqə qarşı hər hansı hərbi təcavüzü öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bununla bağlı öz konstitusiyasının müddəalarına uyğun hərəkət etmək hüququna malikdir.

Eyni zamanda bəyanatda vurğulanır ki, Vaşinqtonun nöqteyi-nəzərindən 5-ci maddə Senkaku adalarına (Diaoyu) da şamil edilir. Pekinin iddia etdiyi Şərqi Çin dənizindəki bu adalar 1972-ci ildən Yaponiyanın nəzarətindədir.

Sənədin eyni hissəsində tərəflər Senkaku adaları da daxil olmaqla, “Çin Xalq Respublikasının Şərqi Çin dənizində güc və ya məcburiyyət yolu ilə status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdinə” qəti şəkildə qarşı çıxmaq istəklərini bəyan edirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR