Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtondakı konsertdə fitə basılıb.
Musavat.com xəbər verir ki, Vens və ikinci xanım Uşa Vens Vaşinqtondakı Kennedi Mərkəzində Milli Simfonik Orkestrin konsertinə qatılıb.
Məlumata əsasən, onlar asma qatda yerlərini alanda etirazlar başlayıb.
Videonu "The Guardian" qəzetinin müxbiri Endryu Rot yayımlayıb. Fit səsi təxminən 30 saniyə davam edib. Cütlük daha sonra konsert üçün zalda qalıb.
Qeyd edək ki, Donald Tramp bu yaxınlarda Uşa Vensi Kennedi Mərkəzinin Direktorlar Şurasına üzv təyin edib. Trampın Baydenin təyin etdiyi bir neçə idarə heyəti üzvünü işdən çıxarmasından sonra həftə ərzində bilet satışı təxminən yarıya qədər azalıb.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ