İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Çin maliyyə sahəsindəki problemlərini müzakirə ediblər

ABŞ və Çin maliyyə məsələləri üzrə işçi qrupunun ilk iclası keçirilib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, “maliyyə siyasəti məsələlərinin müzakirəsi və ümumi çağırışlar üzrə əməkdaşlıq üçün kanal rolunu oynayan maliyyə məsələləri üzrə işçi qrupunun ilk iclası” bu gün baş tutub. Bəyanatda vurğulanır ki, görüşdə ABŞ Xəzinədarlığının və Çin Xalq Bankının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Virtual formatda keçirilən görüşdə maliyyə sabitliyi, nəzarət, maliyyə sektorunda cinayətlərlə mübarizə və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri qaldırılıb. ABŞ Xəzinədarlığının bəyanatından belə çıxır ki, Amerika tərəfinin nümayəndələri fikir ayrılıqlarının müşahidə olunduğu sahələri “aydın şəkildə müəyyən ediblər”.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi sahədə fikir ayrılıqlarının detallı müzakirəsi məqsədilə ilk iclas iqtisadi əməkdaşlıq üzrə Çin-Amerika hökumətlərarası işçi qrupunun üzvləri tərəfindən birinci gün keçirilib.

Xatırladaq ki, sentyabr ayında ABŞ Xəzinədarlığı Vaşinqton və Pekinin iqtisadiyyat və maliyyə üzrə işçi qrupları yaratdıqlarını və bu qrupların iki ölkəyə “dürüst və əsaslı müzakirələr üçün kanallar” təqdim etdiyini açıqlayıb. Qurumun izah etdiyi kimi, işçi qrupların formalaşdırılması ilə bağlı razılıq ABŞ-ın maliyyə naziri Canet Yellenin bu ilin iyulunda Pekinə səfəri zamanı əldə olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR