Onlayn ictimai-siyasi qəzet
Amerika və Avropa rəsmiləri tədricən diqqətlərini Ukraynanın Rusiyaya qalib gəlmək məqsədini dəstəkləməkdən münaqişəyə son qoymaq üçün potensial danışıqlarda mövqeyini yaxşılaşdırmağa yönəldirlər və bu barədə strategiyasını dəyişirlər.
“Report”un məlumatına görə, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, Vaşinqton və onun avropalı müttəfiqləri Ukrayna ilə bağlı “sakitcə strategiyanı dəyişir” və ölkənin şərqində daha müdafiə mövqeyinə keçməyi müzakirə edirlər.
Məqalədə deyilir: “Bu cür danışıqlar çox güman ki, Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi demək olacaq. Hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Ukraynanın Belarusla şimal sərhədi boyunca istehkamların, tank əleyhinə maneələrin və səngərlərin tikintisi müzakirə edilir.
Bayden administrasiyası həmçinin Kiyev lazımi silahları özü istehsal edə bilsin deyə Ukraynanın hərbi-sənaye kompleksini tez bir zamanda bərpa etmək niyyətindədir”.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ