Onlayn ictimai-siyasi qəzet
ABŞ hakimiyyəti Ukrayna ilə yeni saziş layihəsinə əvvəllər Rusiyanın “Qazprom” şirkətinə məxsus olan qaz kəmərlərindən birinə nəzarətin ona verilməsi ilə bağlı bənd daxil edib.
Musavat.com “Röyter”ə istinadla xəbər verir ki, bu boru kəməri Rusiya qazının Avropa ölkələrinə tədarükü üçün istifadə edilib.
Nəşrin məlumatına görə, mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş layihəsində bu obyektin Amerika Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) idarəçiliyinə verilməsi nəzərdə tutulur. Bir mənbə bu tələbi sənədin mətnində gizlədilən “Pasxa yumurtası” adlandırıb.
Müqavilə üzrə danışıqlar aprelin 11-də Vaşinqtonda başlayıb. Mənbələrin məlumatına görə, müzakirələr gərgin atmosferdə gedir. Onların fikrincə, Amerika tərəfi Ukraynaya sərt şərtlər irəli sürüb və bu, Kiyev nümayəndə heyətinin narazılığına səbəb olub.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ