ABŞ-ın Kiyevdəki səfirliyi bağlanıb.
Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq İşləri İdarəsi rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, ABŞ-ın Kiyevdəki səfirliyi çərşənbə günü böyük miqyaslı hava hücumunun gözlənildiyi barədə məlumat alıb və bu səbəbdən bağlı olacaq.
Səfirlikdən verilən rəsmi açıqlamaya görə, ABŞ vətəndaşlarına hava hücumu barədə xəbərdarlıq edildikdə dərhal sığınacaq tapmağa hazır olmaları tövsiyə edilib.
Bu xəbərdarlıq Ukraynanın ABŞ-dan alınan ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməsindən bir gün sonra verilib. Hücum ABŞ prezidenti Co Baydenin administrasiyasının müharibənin 1000-ci günündə Ukraynaya verdiyi icazə ilə baş tutub.
Rusiya prezidenti Vladimir Putin oktyabr ayında bildirib ki, Moskva Ukraynanın ABŞ istehsalı silahlarla Rusiyanın dərinliklərinə etdiyi zərbələrə cavab verəcək.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ