İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynadakı atom elektrik stansiyalarını idarə etməyə hazırdır – Vaşinqtondan sensasion təklif

ABŞ Energetika naziri Kris Rayt bəyan edib ki, Vaşinqton Ukraynadakı atom elektrik stansiyalarını idarə etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə o, "Fox News"-a açıqlamasında bildirib.

"Biz ABŞ-da bu stansiyaları idarə etmək üçün böyük texniki təcrübəyə sahibik. Bunun üçün hərbi qüvvələrə ehtiyac olduğunu düşünmürəm. Əgər bu, Ukraynada sülhün bərqərar olmasına kömək edəcəksə, qoy ABŞ bu atom elektrik stansiyalarını idarə etsin. Heç bir problem yoxdur, biz bunu edə bilərik", – deyə Rayt vurğulayıb.

Bu açıqlama beynəlxalq arenada geniş müzakirələrə səbəb olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR