İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Türkiyə şirkətlərinə qarşı sanksiya tətbiq edir

ABŞ Maliyyə Nazirliyi Türkiyənin 5 şirkətinə və 1 fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə Reuters ABŞ administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qadağan olunan malların ikili çatdırılmasında iştirakın mənfi nəticələri barədə dəfələrlə Türkiyənin müvafiq dairələrini məlumatlandırıblar: “Son 18 ay ərzində biz narahatlığımızı Türkiyə hökuməti və özəl sektoru ilə bölüşdük və onlara sanksiya tətbiq etdiyimiz şəxslərlə iş görməyin əhəmiyyətli riskləri barədə məlumat verdik”.

Qeyd edək ki, sanksiya siyahısına Türkiyənin “Margiana İnşaat Dış Ticaret”, “Demirci Bilişim Ticarət Sanayi”, “ID Ship Agency” və “CTL Limited” kimi şirkətlərinə təsir edəcək. Qeyd olunur ki, onlar “Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün son dərəcə zəruri ikili təyinatlı malların” Rusiyaya ötürülməsində iştirak edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR