İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ siyasətində radikal dönüş-Respublikaçıların debatları nəyi göstərdi


ABŞ-ın Respublikaçılar partiyasında 2024-cü ildə keçiriləcək seçkilərlə bağlı ilk debatlar keçirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin əksəriyyəti keçmiş prezident Donald Trampın məhkəmə tərəfindən təqsirli hesab olunması halında belə, onu dəstəkləməyə hazır olduqlarını nümayiş etdirdilər.

Debatda ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens, ABŞ-ın BMT-dəki keçmiş səfiri və Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson, Cənubi Karolina senatoru Tim Skott, Şimali Dakota qubernatoru Duq Berqam, Florida ştatının qubernatoru Ron DeSantis və hind əsilli iş adamı Vivek Ramasvami iştirak edib. Debat zamanı moderatorlar bütün iştirakçılardan Trampın namizədliyini dəstəkləməyə hazır olduqlarını göstərmək üçün əllərini qaldırmalarını xahiş ediblər. Yalnız Asa Hatçinsonun əli qalxmayıb.

Qeyd edək ki, Ukraynaya hərbi yardımın genişləndirilməsinə qarşı çıxan yeganə namizəd Ramasvami olub.

O həmçinin Maykl Pens və Kristini Ukraynaya son səfərləri və Vladimir Zelenski ilə görüşlərinə görə qınayıb.

Onun bu mövqeyi Pens və Nikki Heyli tərəfindən tənqid edilib.

Trampın özü debatda iştirakdan imtina edib. O, bunu nüfuzunun debatda iştirak edənlərdən çox-çox üstün olması ilə izah edib.

Xatırladaq ki, son rəy sorğularına görə, respublikaçıların 62%-i Trampın namizədliyini, 16%-i isə DeSantisi dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR