İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkətindən Özbəkistana 10 milyard dollarlıq investisiya 

Özbəkistan hökuməti ABŞ-ın “Air Products” şirkəti ilə ümumi dəyəri 10 milyard dollar olan bir sıra layihələrin həyata keçirilməsinə dair müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ-da işgüzar səfərdə olan Özbəkistan rəhbəri Nyu-Yorkda “Air Products” şirkətinin İdarə Heyətinin sədri Seyfi Qasemi ilə danışıqlar aparıb:

“Aparıcı Amerika şirkəti ilə strateji tərəfdaşlığın daha da genişləndirilməsi məsələləri, cari layihələrin icrasının gedişi və gələcək üçün konkret planlar nəzərdən keçirilib, Özbəkistanda “Air Products”un dəyəri 10 milyard dollardan çox olan yeni investisiya proqramının həyata keçirilməsinə dair saziş bağlanıb”.

Gözlənilir ki, Amerika şirkəti kömürün qazlaşdırılması, texniki qazların, hidrogen və ammonium istehsalı, turşu qazlarının utilizasiyası, qida sənayesində innovativ işlərin tətbiqi, dekarbonizasiya sahəsində zəruri normativ-hüquqi bazanın hazırlanması layihələrində iştirak edəcək, onun mütəxəssisləri bu layihələrin icrasına qatılacaq.

Qeyd edək ki, “Air Products” artıq Özbəkistanda “Uzbekistan GTL” sintetik yanacaq zavodunda sənaye qazlarının emalı, sintez qazı, oksigen və azot istehsalı, “Navoiazot” şirkətində mayeləşdirilmiş karbon qazının istehsalı üzrə layihələr həyata keçirir. Onun 2022-2023-cü illərdə ölkə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1 milyard dolları ötüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR