İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Silahlı Qüvvələrinin rəsmisi: "F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək”

“ABŞ-nin F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək”.

“Report” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, qırıcılar yaxın gələcəkdə tədarük ediləcək.

M.Milli, həmçinin söyləyib ki, ATACMS uzaqmənzilli taktiki raket komplekslərinin Ukraynaya verilməsi məsələsi hələ də Vaşinqtonda müzakirə olunur: “Bu, mübahisəli mövzudur. Hələ ki, müzakirələr davam edir”.

Qeyd edək ki, avqustun 18-də media ABŞ-nin F-16 təyyarələrinin Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.

Ukraynalı pilotlar təlim keçmək üçün Danimarkaya gediblər.

Daha əvvəl Niderlandın müdafiə naziri Kaysa Ollonqren F-16-ların yaxın gələcəkdə Ukraynaya veriləcəyini söyləmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR