İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatı Hegseti müdafiə naziri vəzifəsinə təsdiqlədi- Etirazlar var

ABŞ Senatı Pit Hegsetin müdafiə naziri vəzifəsinə namizədliyini minimal səs üstünlüyü ilə təsdiqləyib.

Musavat.com xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, respublikaçıların Senatda əksəriyyət təşkil etməsinə baxmayaraq, onların hamısı bu təyinatı dəstəkləməyib.

Əvvəllər senatorlar Hegsetin bu vəzifəyə uyğunluğu ilə bağlı şübhələrini dilə gətiriblər. Onlar ABŞ prezidenti Donald Trampın namizədinin spirtli içkilərə olan meylliliyi və qadınlara qarşı "aqressiv" davranışını qeyd edərək onun Pentaqon rəhbəri olmağa layiq olmadığını vurğulayıblar.

Pit Hegset 1980-ci ildə ABŞ-ın Minnesota ştatında doğulub. O, Prinston Universitetini və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunu bitirib.

Hegset ABŞ ordusunun veteranıdır və İraqla Əfqanıstanda hərbi xidmət keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR