İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya təslim olur? — Avropa diplomatlarından SƏRT İTTİHAM

ABŞ-ın 24 fevral tarixində BMT-yə Ukrayna ilə bağlı neytral tonlu qətnamə təqdim etməsi Avropa diplomatlarının kəskin tənqidinə səbəb olub.

Musavat.com "The Wall Street Journal"a istinadən xəbər verir ki, Avropa rəsmiləri bu addımı Vaşinqtonun Moskva qarşısında faktiki kapitulyasiyası kimi dəyərləndirib.

"Avropalı həmkarlarımızda ABŞ-ın Rusiyaya təslim olduğu təəssüratı yaranıb", — adının açıqlanmasını istəməyən bir Avropa diplomatı bildirib.

Bu açıqlamalar transatlantik münasibətlərdə gərginliyi artırıb və ABŞ-ın Ukrayna məsələsindəki mövqeyi ilə bağlı ciddi suallar yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR