İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanın seçki müşahidəçilərini sanksiyalarla hədələyib

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın yeni ərazilərdə təşkil etdiyi seçki prosesində iştirak edən beynəlxalq müşahidəçilərə qarşı sanksiyalarla hədələyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Dövlət Departamentinin bəyanatında deyilir: “Biz Rusiyanın Ukraynadakı seçkilərini dəstəkləyə biləcək hər hansı şəxslərə, o cümlədən qondarma “beynəlxalq müşahidəçi” kimi fəaliyyət göstərərkən onlara sanksiyalar və viza məhdudiyyətlərinə məruz qala biləcəyini xatırladırıq”.

Blinken ABŞ-ın bu seçkinin nəticələrini heç vaxt qəbul etməyəcəyini vurğulayıb.

Bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Rusiyanın yeni təsis qurumlarında keçirilən seçkiləri beynəlxalq hüququn pozulması adlandırıb və bunda iştirak edənlərin hamısını məsuliyyətə cəlb etməklə hədələyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR