İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ qırıcısı Türkiyə PUA-sını vurdu: Pentaqon rəhbərliyi Ankaraya izahat verdi

Bu gün Suriyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Türkiyəyə məxsus pilotsuz təyyarəni vurub.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib. O qeyd edib ki, pilot PUA-nı potensial təhlükə hesab etdiyi üçün vurub.

Eyni zamanda, departament nümayəndəsi aydınlaşdırıb ki, ABŞ Ankaranın Suriyadakı ABŞ qüvvələrini qəsdən təhdid etdiyinə inanmır. Bu fonda Vaşinqton pilotsuz təyyarə ilə bağlı insidenti “təəssüf doğuran” adlandırır.

Mətbuat katibinin sözlərinə görə, Pentaqon rəhbərliyi artıq türkiyəli həmkarları ilə əlaqə saxlayıb və vəziyyəti müzakirə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR