Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun keçmiş polkovniki Trampın qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna ilə bağlı proqnoz verib.
Musavat.com xəbər verir ki, Robert Hamiltonun fikrincə, Donald Tramp qalib gələrsə, Rusiya ilə Rusiyanın şərtləri əsasında danışıqlara başlanması üçün Ukraynaya yardımı donduracaq.
Eyni zamanda, Həmilton hesab edir ki, vitse-prezident Kamala Harris qalib gəlsə, hər şey hazırkı prezident Co Baydenin dövründə olduğu kimi qalacaq.
“Əgər demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğa sahib olarsa və Kamala Harris prezident olarsa, Ukraynaya gələcək yardıma tam zəmanət verilir. Əgər bölünmüş hökumət olarsa, Respublikaçılar Nümayəndələr Palatasına, Demokratlar isə Senat və Ağ Evə nəzarət edərsə, bu, daha çətin olacaq”, - Robert Hamilton qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ