Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatları Suriyanın şərqində yerləşən hərbi bazasını təcili qaydada boşaldır.
Musavat.com xəbər verir ki, "Əl-Ərəb əl-Cədid" nəşri ABŞ hərbçilərinin Deyr-əz-Zor bölgəsindəki "Koniko" adlı qaz yatağında yerləşən hərbi bazanı tərk etdiyini yazıb. Məlumata görə, evakuasiya prosesi artıq 10 gündən çoxdur ki, davam edir.
İlk konvoy bazanı tərk edərkən 70-dən çox texnika çıxarılıb. İki gün əvvəl isə daha böyük konvoyla – 200-dən artıq texnika – bazadan çıxarılaraq İraq Kürdüstanının paytaxtı Ərbilə daşınıb.
Mənbənin sözlərinə görə, baza yalnız ABŞ ordusu tərəfindən istifadə olunurdu və orada Suriya Demokratik Qüvvələrinin (SDF) döyüşçüləri yox idi. Maraqlı detal isə budur ki, bazada ətrafı izləmək üçün istifadə olunan müşahidə aerostatı artıq 7 gündür havaya qaldırılmır – bu isə tam boşaldılmanın işarəsi sayılır.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ