Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatları (ABŞ) bütün hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) və “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bir neçə ay ərzində mindən çox Amerika əsgəri Nigeri tərk etməlidir.
Məlumata görə, qərar ABŞ-ın 110 milyon dollarlıq aviabazasının statusunu sual altına salacaq.
Xatırladaq ki, 2023-cü ilin yayında Nigerdə hərbi çevriliş baş verib. Bundan sonra Niger Qərb ölkələri, o cümlədən Fransa ilə əlaqələri kəsməyə başlayıb. 2023-cü ilin dekabrında hərbi hakimiyyət Avropa İttifaqı ilə iki müdafiə sazişindən imtina edib.
2024-cü ilin mart ayının ortalarında Niger hökuməti Birləşmiş Ştatlarla hərbi əməkdaşlıq sazişini dərhal ləğv etdiyini elan edib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ