İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Orbanın ən yaxın adamlarından birinə sanksiya tətbiq etdi

ABŞ Macarıstanın baş naziri Viktor Orbanın ən yaxın adamlarından birinə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com ABŞ Dövlət Departamentinin məlumatına istinadən xəbər verir ki, baş nazirin aparat rəhbəri Antal Roqana korrupsiyada iştirakına görə sanksiya məhdudiyyətləri tətbiq edilib.

Qeyd olunur ki, Roqan Macarıstan hökumətində müxtəlif vəzifələrdə çalışaraq, Macarıstan iqtisadiyyatının strateji sektorlarına nəzarətin yaradılmasına yönəlmiş sxemlər təşkil edib:

“Roqan Macarıstanda özünə və partiyasına macar xalqı hesabına xeyir gətirən sistemin yaradılmasında mərkəzi rol oynayıb. Roqanın fəaliyyəti dövlətin əsas elementlərinin oliqarxlar tərəfindən ələ keçirildiyi Macarıstanda geniş yayılmış cəzasızlıq mühitinin simvoludur”.

Tətbiq edilən sanksiyaların məqsədi Roqanın ABŞ maliyyə sistemindən “korrupsioner fəaliyyətində” istifadəsinin qarşısını almalıdır. Sanksiyalar, xüsusən, sanksiyaya məruz qalan şəxsin ABŞ-a girişinə qadağa qoyulmasını, o cümlədən onun Amerika yurisdiksiyasındakı aktivlərinin, dondurulmasını nəzərdə tutur.

Qeyd edək ki, Antal Roqan Amerika sanksiyalarına məruz qalan ilk Macarıstan rəsmisi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR