Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Azərbaycandakı səfirliyi Aktauda baş verən faciəvi təyyarə qəzası ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, paylaşımda səfirliyin yardıma hazır olduğu qeyd edilib:
“Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ