İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Moldova və Ermənistanda Rusiyaya qarşı yeni cəbhələr açır - İDDİA

Qətərdə çıxan “əl-Vatan” qəzeti yazıb ki, Ukrayna üzərinə düşən vəzifənin öhdəsindən gəlmir, ona görə də ABŞ Rusiyaya qarşı mübarizədə yeni cəbhələr açmağa çalışır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sözügedən qəzet Amerika administrasiyasının Ukraynada məyusedici reallıqla üzləşdiyini, buna görə də Rusiyaya qarşı Moldova və Cənubi Qafqazda yeni cəbhələr açmağa məcbur olduğunu yazıb.

Nəşrin yazdığına görə, Vaşinqton Rusiyaya qarşı belə uğurlu müqavimət gözləmirdi və buna görə də onun ətrafında daha çox münaqişə nöqtələri yaratmağa qərar verib. ABŞ-ın məqsədi Rusiyanın potensialını tükəndirməkdir.

“Əl-Vatan vurğulayır ki, Qərb səhvən Ukraynaya arxalanıb, bu ölkənin ordusu Qərbdən yaxşı silah təchizatı alsa da, əhəmiyyətli disbalansa görə Rusiya qoşunlarına üstün gələ bilmir.

Bundan əvvəl hərbi analitik Aleksey Leonkov qeyd edib ki, Ukrayna ordusunun hücum şövqü səfərbərlik imkanlarının tükənməsi, hərbi yardımın azalması və Qərb tərəfindən səmərəsiz kimi tanınan əks-hücumun qeyri-kafi nəticələri səbəbindən tədricən zəifləyir.

Onu da qeyd edək ki, qarşı tərəfə yaxın olan nəşrlər də Rusiya ordusunun böyük itkilərə məruz qaldığından, əsgərlərin döyüş ovqatının zəifliyindən, səfərbərlik potensialının tükəndiyindən yazırlar. Müharibə isə 1 il 8 aydır eyni şiddətlə davam edir.

P.S. İnformasiyada bəhs olunan “Cənubi Qafqaz” ölkəsi adı altında Ermənistan nəzərdə tutulur. Son bir ayda Rusiya və Ermənistanın arasındakı vəziyyət 1920-21-ci ildəki hərbi qarşıdurmanı xatrıladır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR