İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ miqrantları öz ölkələrinə Panamadan yola salır

ABŞ Asiya ölkələrindən olan 120-yə yaxın miqrantı Panamaya deportasiya edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onlar ABŞ sərhədini qanunsuz keçdikdən sonra saxlanılıblar və Panamadan vətənlərinə çatdırılacaqlar.

Bildirilir ki, Özbəkistan, Əfqanıstan, Çin, Hindistan, İran, Pakistan və Türkiyədən olan miqrantlar ABŞ hərbi hava qüvvələrinə məxsus təyyarə ilə Kaliforniyadan Panamaya göndəriliblər. Təyyarədə 119 nəfər olub.

Panama prezidenti Xose Raul Mulino ölkəyə miqrantların gəldiyini təsdiqləyib. O, onların bir oteldə yerləşdirildiyini və daha sonra Kolumbiya ilə sərhəddə yerləşən Daryen əyalətindəki sığınacağa aparılacaqlarını və oradan ABŞ-nin maliyyələşdirdiyi təyyarə reysləri ilə mənşə ölkələrinə geri qaytarılacaqlarını söyləyib. Proses BMT-də Beynəlxalq Miqrasiya Təşkilatının nəzarəti altındadır.

Bu, Panama və ABŞ hökumətləri arasında imzalanmış, digər ölkələrin vətəndaşlarının Mərkəzi Amerika ölkəsinə deportasiya edilməsinə icazə verən saziş çərçivəsində ilk uçuş olub. Mulino bildirib ki, ümumilikdə ABŞ 360 nəfəri Panamaya deportasiya edəcək. Hərbi təyyarələrdə daha iki uçuş gözlənilir, ancaq onların tarixləri məlum deyil.

Panama Xarici İşlər Nazirliyi aydınlıq gətirib ki, gələn miqrantlar ABŞ sərhədini qanunsuz keçdikdən sonra saxlanılıblar və onların heç bir cinayəti yoxdur.

CBS News qeyd edir ki, milli hökumətlərin Amerikadan deportasiya uçuşlarının qəbulundan imtina etməsi səbəbindən uzun müddətdir ki, ABŞ tərəfi Afrika və Asiyadan olan miqrantları deportasiya etməkdə çətinlik çəkir.

NYT həmçinin yazır ki, miqrantların öz ölkələri onları geri almaqdan çəkinir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR