İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresinin alt palatası Ukraynaya yardım nəzərdə tutmayan büdcə sənədi qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin maliyyələşdirmə müddətinin 45 gün uzadılması layihəsini təsdiqləyib. Təsdiqlənən layihəyə Ukraynaya yardım daxil deyil.

Musavat.com TASS-a istinadən xəbər verir ki, layihəni 335 konqresmen dəstəkləyib, 91-i əleyhinə çıxıb. İndi Senat da onu təsdiqləməlidir ki, prezident Co Bayden 1 oktyabra qədər – Bakı vaxtı ilə səhər saat 8-dək imzalaya bilsin.

Bundan əvvəl Senatda Respublikaçı azlıqların lideri Mitch McConnell (Kentukki ştatından) bildirmişdi ki, onun partiya üzvləri federal hökumətin maliyyələşdirmə müddətinin noyabrın 17-dək uzadılmasını və Ukraynaya 6 milyard dollar ayrılmasını nəzərdə tutan layihənin Senatda qəbulunu əngəlləyəcəklər . Bundan sonra qanunverici orqanın yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer (Nyu-Yorkdan) jurnalistlərə bildirib ki, o, bu təşəbbüslə bağlı prosessual səsvermə keçirməyəcək və Nümayəndələr Palatasının versiyasını gözləyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR