İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresində çağırış: “Trampı əbədiləşdirək”

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna prezident Donald Trampın xidmətlərinə görə Raşmor dağına onun portretinin əlavə olunmasını istəyib. Müvafiq təşəbbüs konqresmenin saytında dərc olunub.

“Mən rəsmi olaraq Raşmor dağında prezident Trampın portretini yaratmaq üçün qanun layihəsi təqdim etmişəm. Onun ölkəmizin rifahı naminə əldə etdiyi görkəmli nailiyyətlər və bundan sonra da əldə edəcəyi uğurlar tanınmağa layiqdir”, - deyə siyasətçi bildirib.

Raşmor dağı Cənubi Dakotada yerləşir. Bu dağda ABŞ-ın dörd keçmiş prezidentinin - Corc Vaşinqton, Tomas Cefferson, Avraam Linkoln və Teodor Ruzveltin qayalarda yonulmuş barelyefi var.

Ötən il avqustun 9-da Trampın öz şəklinin Raşmor dağında dörd Amerika prezidentinin barelyeflərinin yanında görünməsini istədiyi barədə məlumat yayılmışdı. Məlumdur ki, Cənubi Dakota ştatının qubernatoru Kristi Noem 2018-ci ildən Trampı ABŞ-ın Müstəqillik Günü üçün Raşmor dağına gəlməyə fəal şəkildə dəvət edir. Prezident oval kabinetdə ona deyib ki, qayada yonulmuş surətini ölkə prezidentlərinin dörd heykəlinin yanında görünməsini istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR