İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi Rusiyanı təcavüzkar dövlət kimi tanımaq istəyir

ABŞ Konqresinin rəhbərliyi Ukrayna prezidenti Vladimir Zelenskinin çərşənbə günü Vaşinqtona planlaşdırılan səfəri fonunda Rusiyanı "təcavüzkar dövlət" kimi tanıyan qanun layihəsinin qəbul edə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Layihə müəlliflərinin fikrincə, belə bir akt ABŞ prezidentinə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə imkan verəcək. Bununla belə, Respublikaçılar partiyasının nümayəndələri qanun layihəsinin Zelenskinin “Rusiyanı terrorizmi himayə edən dövlət” kimi tanımaq tələbinə verilən “yarımçıq” cavab olduğunu düşünürlər.

Konqresmenlərdən birinin köməkçisinin sözlərinə görə, “Bayden administrasiyası Rusiya üçün ABŞ-ın nə milli, nə də beynəlxalq qanunlarında belə mövcud olmayan alternativ status kəşf edib”.

“Bu, Rusiyanı cəzalandırmayacaq və Ukrayna xalqına kömək etməyəcək bir piar tədbiridir”, - deyə o, söyləyib.

Qanun layihəsinə əsasən, ABŞ prezidenti qəbul edildikdən sonra Rusiyanı “təcavüzkar dövlət” elan edə biləcək və “Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak edən istənilən xarici ölkəni işğalçı dövlət kimi tanımaq” hüququna malik olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR