İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın iki şirkəti və 4 fiziki şəxsini sanksiya siyahısına saldı

ABŞ Maliyyə Nazirliyi iki İran şirkəti və İrandan olan 4 nəfər fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, şirkətlər və fiziki şəxslər kritik infrastruktura kiberhücumlarda iştirak ediblər.

Sənəddən məlum olur İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiber komandanlığının rəhbəri də daxil olmaqla, iki şirkət və dörd şəxsə məhdudiyyətlər qoyulub. ABŞ Xəzinədarlığı onların "10-dan çox ABŞ şirkəti və dövlət qurumuna" təsir edən "zərərli kiber fəaliyyətdə" iştirak etdiyini bildirir. Öz növbəsində ABŞ Dövlət Departamenti bu kiberhücumların hədəfinin həm də üçüncü ölkələrdəki şirkətlər olduğunu bildirib.

ABŞ Xəzinədarlığı hücumların “SEPAH-ın maraqları naminə” həyata keçirildiyini bildirir. ABŞ Maliyyə Nazirinin müşaviri Brayan Nelsonun sözlərinə görə, sanksiya tətbiq edilən şəxslər və qurumlar Birləşmiş Ştatlarda “kritik infrastrukturun sabitliyini pozmaq üçün əlaqələndirilmiş, davamlı kampaniya” həyata keçiriblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR