İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın Husilərə göndərdiyi silah-sursatı Ukraynaya verdi

ABŞ İrandan Yəməndəki husilərə yük daşıyan gəmilərin yoxlanılması zamanı ələ keçirilən beş mindən çox silahı Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bura AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri və RPQ-7 əl tipli tank əleyhinə qumbaraatanlar daxildir. Ukrayna bu silahları və 7,62 mm çaplı 500 mindən çox patronu aprelin 4-də alıb.

CENTCOM-un məlumatına görə, bu atıcı silahlar bir Ukrayna briqadasını təchiz etmək üçün kifayətdir. Komandanlığın bəyanatında deyilir ki, əməliyyat zamanı, 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər bu kiçik silahlarla Yəmənə gedən cəmi 4 yük gəmisi saxlanılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR