İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yeni gedişi - Rubiodan kritik açıqlamalar: "Rusiyaya hərbi yardım göstərməyəcəyik!”

ABŞ-ın dövlət katibi Marko Rubio Vaşinqtonun Rusiyaya hərbi yardım göstərməyəcəyini açıq şəkildə bəyan edib.

O, jurnalistlərə verdiyi açıqlamada ABŞ və Ukraynanın martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Kiyevə hərbi yardımı bərpa etməyi müzakirə edəcəyini bildirib.

Rubio vurğulayıb ki, Vaşinqtonun bu məsələyə yanaşması dəyişə bilər, əgər Ukraynanın sülhə ciddi yanaşdığına inanarsa. O, həmçinin Kiyevin təklif etdiyi qismən atəşkəs planının perspektivli olduğunu, lakin bunun münaqişəni tamamilə bitirmək üçün yetərli olmadığını deyib:

“Bu, yetərli deyil, amma münaqişəyə son qoymaq üçün atılmalı olan bir addımdır.”

Xatırladaq ki, Ukrayna hava və dəniz sahəsində atəşkəs təklif edir, lakin quru əməliyyatlarını davam etdirməyi planlaşdırır. ABŞ-ın bu plana münasibəti və martın 11-də gözlənilən qərarlar dünya siyasətinə ciddi təsir edə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR