İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın vitse-prezidenti Ukrayna diasporasına təpindi: “Sizin bu hərəkətiniz təhqiredicidir”

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna diasporasına müraciət edərək, onların ABŞ-ın deyil, Ukraynanın maraqlarını ön plana çıxarmasının qəbuledilməz olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Vens 2022-ci ildə Senata seçki kampaniyası zamanı bir amerikalı ukraynalı ilə söhbətini xatırladıb. Həmin şəxs respublikaçıların Ukraynaya dəstəyi azaltmaq istəyindən narahatlığını ifadə edərək, “siz mənim ölkəmi atıb gedirsiniz” deyə etiraz edib.

Vensin cavabı isə belə olub:

“Sizin ölkəniz Ukrayna deyil, ABŞ-dır”.

Vitse-prezident əlavə edib ki, immiqrantların yeni ölkələrini milli ailə kimi qəbul etməsi asimilyasiya prosesinin əsas hissəsidir:

“Mən həmişə bunu təhqiredici hesab etmişəm ki, yeni immiqrant öz ölkəsindəki etnik problemləri həll etmək üçün ABŞ-ın gücündən və təsirindən istifadə etməyə çalışır. ABŞ-a qəbul olunmaq bir anlaşmadır: siz bizim milli ailəmizə qoşulursunuzsa, o zaman ABŞ-ın maraqlarına xidmət etməlisiniz”.

Vens bildirib ki, Ukrayna mənşəli amerikalılar arasında da onun fikirlərini bölüşənlər var və onlara minnətdardır. O, həmin insanlara istinad edərək deyib:

“Mən Senata seçki kampaniyası zamanı və ondan sonra çoxlu Ukrayna mənşəli amerikalılarla görüşdüm. Onların bəziləri fikirlərimlə razılaşdı, bəziləri isə ən vacib sualı verdi: ABŞ-ın maraqlarına nə xidmət edir?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR