İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ermənistana silah daşıması barədə səfirin söz oyunu- Qərbin məqsədi nədir?  

İki gündür ABŞ-ın Ermənistana silah daşıması məsələsi gündəmdədir.

Bu barədə Caliber.az məlumat yayaraq bildirmişdi ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bu yazı ilə bağlı news.am saytına açıqlama verib. Səfir, demək olar ki, məlumatın ətrafında söz oyunu oynayıb. Faktla bağlı konkret fikir bildirməyib:

kristina-kuninn.jpg (26 KB)

“İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.

Təbii ki, erməni-amerikan birgə hərbi təlimləri Ermənistan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövzusudur. Biz buna qarışmırıq və yayılan xəbər də heç bu mövzuda deyil.

Söhbət Ermənistana gizli yolla 2 təyyarədə silah-sursat daşınmasından getdiyi halda, səfirlik “təlimləri” şərh edib.

Bu, bir daha göstərir ki, ABŞ səfirliyinin bu faktlar qarşısında deyəcəyi söz yoxdur. Bunu yalan, dezinformasiya adlandıra bilməyiblər.

Üstəlik, silah daşınması ilə bağlı yayılan xəbərdə ABŞ səfirliyinin cavabında qeyd olunan təlimlərdən bəhs edilməyib.

mycollages__86.jpg (22 KB)

Yuxarıda qeyd olunan silahların Ermənistana daşınması Azərbaycanı narahat etməyə bilməz. Biz hazırda sülhdən danışır, sülh müqaviləsi üçün təkliflər veririk. Ermənistan isə yeni müharibəyə hazırlaşır. 30 il ərzində necə işğalçı olubsa, necə Qərbin və digər ölkələrin maşası kimi özünü rəzil duruma salıbsa, indi də həmin oyununu davam etdirir.

Azərbaycan bölgədə hər zaman sülhdən yanadır və dəfələrlə bəyan edilib ki, heç bir dövlətin ərazisində gözümüz yoxdur.

Biz həmçinin 50 nəfərə qədər erməni etnik mənşəli amerikalı mütəxəssislərin Ermənistana gəlməsindən narahat olmaya bilmərik.

Amerika Ermənistandan istifadə etməklə öz maraqları üçün çalışır. Gözlənilən İran-İsrail müharibəsi ərəfəsində Amerika üçün Ermənistan lazımdır. Ancaq Ermənistanı silahlandırması tamam başqa məqsəd daşıyır. Burada artıq İran-İsrail müharibəsi bəhanəsi də keçmir.

443475e6-8a30-3d70-89a6-a0bdffcf (1).jpg (170 KB)

Onu da bildirək ki, “Caliber” nəşri səfirin açıqlamasından sonra yeni məlumat yayaraq bildirib ki, onlarda İrəvan Zvartnots hava limanına eniş edən hərbi-nəqliyyat təyyarələrinin fotoşəkilləri var və təkzib etmək üçün növbəti cəhdlər olarsa, həmin fotolar yayılacaq:

“Biz ABŞ-ın Ermənistandakı səfirliyini nəşrimizin mahiyyətini bulandırmaq cəhdlərini dayandırmağa, əvəzində Cənubi Qafqazda gərginliyin dərəcəsini xeyli artıran vəziyyətə aydınlıq gətirməyə çağırırıq”,-deyə nəşr bildirib.

Onu da bildirək ki, Amerikanın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı susub. Bu barədə açıqlama vermək niyyətində deyillər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR