Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın dünyaca nüfuzlu J.P. Morgan bankının analitikləri bu il ABŞ iqtisadiyyatında tənəzzül ehtimalını təxminən 40 faiz qiymətləndirirlər.
Musavat.com xəbər verir ki, bunu Bankın baş iqtisadçısı Bruce Kasman Sinqapurda jurnalistlərə deyib. Analitiklər bildirirlər ki, Amerika hakimiyyətinin ölkənin idarəçiliyinə inamı sarsıtması halında ABŞ-ın investisiya məkanı kimi reputasiyası uzunmüddətli üçün pisləşəcək.
Bu ilin əvvəlində Kasman tənəzzül riskini təxminən 30 faiz qiymətləndirmişdi. Eyni zamanda JPMorgan-ın 2025-ci ildə ABŞ ÜDM-in artımı ilə bağlı hazırkı proqnozu 2 faiz təşkil edir.
Keçən həftə Reuters-in sorğusuna qatılan Kanada, Meksika və ABŞ iqtisadçılarının 95 faizi prezident Donald Trampın tətbiq etdiyi idxal tarifləri səbəbindən ABŞ iqtisadiyyatında tənəzzül riskinin artdığını bildirib.
Goldman Sachs və Morgan Stanley analitikləri ölkənin bu il ÜDM artımı ilə bağlı proqnozlarını müvafiq olaraq 1,7 faiz və 1,5 faizə endiriblər.
Kasman, Trumpın aprel ayından etibarən tətbiq etməklə hədələdiyi tariflərin qüvvəyə minəcəyi təqdirdə tənəzzül riskinin 50 faiz və ya daha çox artacağını deyir: “Əgər biz bu daha dağıdıcı, biznes üçün qeyri-dost siyasət yolu ilə davam etsək, düşünürəm ki, tənəzzül riskləri artacaq”. Kasman həmçinin qeyd edib ki, Amerika bazarlarında və institutlarında uzun illər ərzində qurulan etimad şübhə altına alınarsa, mövcud administrasiyanın üslubundan yaranan narahatlıq investorların ABŞ aktivlərinə inamını sarsıda bilər.
JPMorgan-ın baş iqtisadçısı qeyd edir ki, ABŞ-ın, məsələn, ölkəyə “büdcə kəsirlərinin və borcların maliyyələşdirilməsi üçün daha aşağı xərcləri ödəməyə” imkan verən müəyyən imtiyazları var: "Bizdə daha əhəmiyyətli kapital axını var, dolların və aktivlərin cəlbediciliyi belə şeylərə görədir. Bütün bunların təzyiq altında qalmağa başlaması və bazarlarda struktur probleminə çevrilməsi riskini heç də aşağı qiymətləndirməyəcəyəm”.
Musavat.com
13 Mart 2025
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ