İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilə Rusiya arasında YENİ MÜBARİZƏ MEYDANI – Çindən qeyri-rəsmi kanallarla…

“ABŞ ilə Rusiya arasında bir mübarizə meydanı da çiplərlə bağlıdır. Qərb ölkələrinin Rusiyaya qarşı sərt sanksiyaları mövcud olduğuna görə, Moskva modern texnikanın və hərbi-sənaye kompleksinin inkişafı üçün çiplərə ehtiyacı var. Rusiya özü çip istehsal etmir, ona lazım olan çiplər qeyri-rəsmi kanallarla əsasən Çindən əldə edilir”.

Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, belə bir fonda Honq-Konqdan Rusiyaya yükdaşımaların artımı Vaşinqtonu narahat edib.

Onun sözlərinə görə, Rusiya dəzgahların 70%-ni və mikroelektronikanın 90%-ni Çindən idxal edir: “New York Times” qəzetində yayımlanan məqalədə bildirilir ki, Rusiya son iki ildə 4 milyard dollar həcminə çip əldə edə bilib. Məqalədə Honq-Konqdakı şirkətlərin bu işin içində olduğu yazılıb. Rusiyaya göndərilən məhsullar içərisində rəqəmsal yaddaşlar, diodlar, yaddaş çipləri və inteqral sxemlər var. ABŞ dövlət katibi Antoni Blinken Rusiyaya çip satışını çinli həmkarı Van Yi ilə Laosda müzakirə edib. Blinken Van Yini xəbərdar edib ki, Rusiyaya çip satışı dayandırılmasa ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları sərtləşdirəcək. Vaşinqton Rusiya ilə əməkdaşlıq edən Honq-Konq şirkətlərinə və banklarına sanksiya tətbiq etməyə hazırlaşır”.

Politoloq vurğulayıb ki, artıq ABŞ-nin respublikaçı senatoru Marko Rubio Rusiya daşımaları ilə bağlı əməliyyatları həyata keçirən maliyyə institutlarına sanksiya tətbiq etmək səlahiyyətini prezidentə verəcək Milli Müdafiə Səlahiyyəti Aktına düzəliş təklifini irəli sürüb: “Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Pekin yüksək texnologiyalar sahəsində Moskva ilə əməkdaşlıqdan imtina etməyib. Buna baxmayaraq, Pekin sanksiyalardan riskləri hesablamaq məcburiyyətindədir. “Global Ratings” hesabatına görə, Çin borc böhranını həll etmək üçün xilasetmə planını indiyə qədər yalnız müvəqqəti düzəlişlərlə yoluna qoyub, defolt riskləri əhəmiyyətli olaraq qalır və borc yığını gələcək iki ildə artacaq. Pekin Çinin bank sisteminə zərər verə biləcək təhlükəni aradan qaldırmağa yönəlmiş borc dəyişdirmə proqramı və kreditlərin restrukturizasiyasına çalışır”.

E.Şahinoğlu söyləyib ki, Çinin iqtisadi sıxıntısına əhəmiyyətli töhfə verən daşınmaz əmlak sektoru Pekinin son iqtisadi stimullaşdırma təşəbbüslərinin hədəfi olub: “Bununla belə, faiz dərəcələrinin azaldılması və gələcək ev sahiblərinə genişlənmiş kreditlərin verilməsini əhatə edən bu strategiyalar istənilən nəticəni verməyib. Əmlak qiymətlərində davamlı eniş və cüzi istehlak xərcləri vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Çində azalan xarici sərmayə əlavə narahatlıq elementi gətirir. Bu səbəbdən indiki şəraitdə Qərb bazarından məhrum olmaq Çinin maraqlarına ziddir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR