İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Hindistanı Rusiya nefti almaqdan çəkindirir – Rusiya XİN

ABŞ və müttəfiqləri Hindistan və digər Rusiya tərəfdaşlarını Rusiya neftinin sərfəli alışından məhrum etmək istəyirlər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən Sergey Lavrov bu günkü mətbuat konfransı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirilib.

Nazirliyin saytında yerləşdirilən cavabda bildirilir ki, Rusiya uzun illərdir Hindistanın enerji təhlükəsizliyinə töhfə verir. Enerji təchizatı və “Kudankulam” atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi bu işin mühüm tərkib hissəsidir: “Bizdən sərfəli qiymətə alınan qara qızılı emal etməklə Hindistan şirkətləri dünya bazarında öz rəqabət qabiliyyətlərini durmadan artırırlar. Vaşinqton və onun ətrafı tərəfdaşlarımızı bu üstünlükdən məhrum etməyə yönəlib”.

Nazirlik həmçinin qeyd edib ki, Rusiya Qərbin NATO sxemləri əsasında qurulmuş “Hind-Sakit Okean” doktrinal versiyasını Cənubi Asiyanın ayrı-ayrı ölkələrinə tətbiq etmək istəyini görür. Rusiya XİN bu subregionun xarici müdafiəyə, o cümlədən gücə ehtiyac duymadığını iddia edir: “Bundan əlavə, transsərhəd əlaqələrinin bloklardan kənar platformalarının qurulması proseslərinin mühüm iştirakçıları olan Hindistan və Pakistan ŞƏT kimi müsbət, yaradıcı gündəliyə malik digər formatlarda işləyir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR