Onlayn ictimai-siyasi qəzet
Son illərdə ABŞ Arktikaya daha çox diqqət yetirir. Zərurət yaranarsa bölgədə hökmranlıq üçün hərbi qüvvələri hazırlayır.
Musavat.com xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Arktikaya çıxışı genişləndirmək istəyən Moskva və Pekinin hərəkətlərindən narahatdır.
Qeyd olunub ki, fevral ayında ABŞ Alyaskada təlimlər keçirib. Təlimdə 8 min amerikalı hərbçi, müttəfiqlərin hərbi personalı iştirak edib. Polkovnik Şon Lukas Arktika missiyasının ABŞ Ordusu üçün vacib olduğunu deyib.
"Business Insider" jurnalistlərinin fikrincə, ABŞ Arktikada gərgin strateji rəqabətin yeni dövrünə qədəm qoyur.
Vaşinqton İkinci Dünya Müharibəsindən sonra Alyaskadakı hərbi mövcudluğa və Arktikaya diqqəti artırıb, lakin bu, Soyuq Müharibə zamanı pik nöqtəsinə çatıb. Birləşmiş Ştatlar Kanada və Danimarka kimi müttəfiqləri ilə münasibətləri gücləndirmək üçün regionda qüvvələr toplayır.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ