Onlayn ictimai-siyasi qəzet
ABŞ hərbçiləri Belarus ərazisində keçirilən Rusiya-Belarus birgə təlimlərinə müşahidəçi kimi qatılıblar.
Musavat.com xəbər verir ki, təlimlərdə iştirak edən qonaqlar arasında NATO üzvləri Türkiyə və Macarıstan, həmçinin Çin nümayəndə heyəti də var. Ümumilikdə 23 ölkənin təmsilçiləri manevrləri izləyib.
Belarusun müdafiə naziri Viktor Xrenin bəyan edib ki, xarici qonaqlara bütün maraqlı sahələri görmək və iştirakçılarla ünsiyyət qurmaq imkanı yaradılıb.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ