İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ HƏMAS-ın Amerika vətəndaşlarına qarşı cinayətlərini araşdırır

Amerika hakimiyyəti radikal Fələstinin HƏMAS qruplaşmasının üzvlərinin ABŞ vətəndaşlarına qarşı törətdiyi cinayətləri araşdırır.

“Report” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Merrik Qarland ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Biz 7 oktyabr 2023-cü ildə İsraildə amerikalıların öldürülməsi və oğurlanması ilə bağlı cinayət təhqiqatı aparırıq”, - deyə o vurğulayıb.

Qarland istintaqla bağlı əlavə təfərrüat verməkdən imtina edərək, yalnız bildirib ki, Vaşinqton tələb olunan məlumat və sübutları əldə etmək üçün İsrailin hüquq-mühafizə və kəşfiyyat orqanları ilə işləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR