Onlayn ictimai-siyasi qəzet
ABŞ Energetika Nazirliyi 2022-ci ildə qlobal neft istehlakı ilə bağlı proqnozlarını əhəmiyyətli şəkildə, demək olar ki, gündə 0,8 milyon barel artırıb.
Nazirliyin Enerji İnformasiya İdarəsinin(EIA) yaydığı hesabat görə, bu səbəbdən də 2023-2025-ci illər üçün proqnozlarda artım edilib.
Belə ki, indi, EIA-nın hesablamalarına görə, 2023-cü ildə neftə olan qlobal gündəlik tələbat 101,96 milyon barel (martda - 101 milyon barel), 2024-cü ildə - 102,91 milyon barel (əvvəl - 102,43 milyon barel), 2025-ci ildə - 104,26 milyon barel (martda 103,81 milyon barel) olacaq.
İdarə qeyd edir ki, 2023-cü ildə qlobal neft istehlakı 2022-ci illə müqayisədə 2 milyon barel artıq olub ki, bu da mart ayı təxminindən 1 milyon barel çoxdur.
2024 və 2025-ci illər üçün tələb təxminləri hər iki il üzrə əvvəlki proqnozları 450 min barel üstələyir.
Eyni zamanda, 2024-cü ildə maye karbohidrogenlərə tələbat artımı proqnozu əvvəlki hesabatda olduğundan azdır. Mart ayında EIA 2024-cü ildə neftə tələbatın sutkada 1,4 milyon barel artacağına inanırdısa, indi bu, 0,95 milyon bareldir. Lakin 2025-ci ildə tələbin artım tempinə dair proqnoz faktiki olaraq dəyişməz qalıb və 1,35 milyon barel təşkil edir.
Eyni zamanda, EIA 2024-cü ildə qlobal neft hasilatının artımı proqnozunu demək olar ki, 0,5 milyon barel artıraraq 0,8 milyon barel edib. Bu zaman gündəlik hasilat 102,65 milyon barel, 2025-ci ildə isə 104,6 milyon barel olacağı gözlənilir (əvvəlki proqnoz - 104,17 milyon barel).
Hesabata görə, 2024-cü ildə qlobal gündəlik maye karnbohidrogen istehsalı sutkada 0,8 milyon bareldən çox artacaq, lakin artım tempi 2023-cü ildəki 1,8 milyon bareldən az olacaq. Buna qeyri-OPEK ölkələri olan ABŞ, Qayana, Braziliya və Kanadadakı artımın OPEK+ tərəfindən azaltma ilə kompensasiya olunması səbəb olacaq.
EIA-ya görə, 2024-cü ilin ikinci rübündə dəyişməz hasilat və artan istehlak səbəbindən dünyada kommersiya neft ehtiyatları sutkada 0,9 milyon barel azalacaq ki, bu da qiymətlərə artırıcı təzyiq göstərəcək, ikinci yarımildə bu göstərici orta hesabla 90 dollar. Bu, idarənin bir ay əvvəl gözlədiyindən 2 dollar yüksəkdir.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ