İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan SEPAH-a ŞOK ZƏRBƏ - Ukraynaya göndərildi...

Oktyabrın 2-də ABŞ İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 1,1 milyon 7,62 mm-lik patronu Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, patronlar 2022-ci il dekabrın 19-da ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən bayraqsız üzən MARWAN gəmisindən müsadirə edilib.

Mərkəzi Komandanlıq bildirib ki, SEPAH yerli hökuməti devirən "Husi" üsyançı qruplaşması üçün tranzit gəmi ilə Yəmənə döyüş sursatı göndərib.

Məlumatda deyilir ki, ABŞ bütün qanuni vasitələrlə İranın Yəməndəki silahlı qruplaşmalara hərbi yardım axınına qarşı çıxmaq niyyətindədir.

Oktyabrın 4-də CNN telekanalı bildirib ki, ABŞ müsadirə olunmuş İran silahlarının Ukraynaya təhvil verilməsini elan edəcək.

Məlumata görə, BMT bu silahların məhv edilməsini və ya anbarlara göndərilməsini tələb edir. ABŞ prezidenti Co Bayden administrasiyası isə bir neçə aydır ki, sursatları Ukrayna hərbçilərinə göndərməyə çalışır.

Xatırladaq ki, 2023-cü ilin yanvarında ABŞ ordusu İrandan Yəmənə göndərilən silahları müsadirə edib. Söhbət 3 min avtomat, 578 min patron və 23 tank əleyhinə idarə olunan raketin ələ keçirilməsindən gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR