İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan MÜHÜM QƏRAR: Strateji bombardmançılar...

İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra qlobal qeyri-sabitliyin artması fonunda ABŞ "B-1B Lancer" strateji bombardmançı təyyarələrinin Britaniyadakı "Ferford" aviabazasına gəlməsi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə "Gloucestershire Live" nəşri məlumat yayıb.

Qeyd olunub ki, gələn təyyarələrin dəqiq sayı hələlik məlum deyil. Amerika bombardmançı təyyarələri artıq Texasdakı "Days" bazasından havaya qalxıb.

Nəşr qeyd edir ki, bir gün əvvəl Britaniyaya ezam olunmuş ABŞ Hərbi Hava Qüvvələrinin xidməti personalı uçuş-enmə zolağını təmizləyib.

Amerika bombardmançılarının Britaniyaya yerləşdirilməsini təsdiq edən mənbələr "B-1B"lərin "Ferford"a enməzdən əvvəl Yaxın Şərqdə güc nümayişində iştirak edə biləcəyini istisna etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR