Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət katibi Marko Rubio, Rusiya Xarici İşlər naziri Sergey Lavrova qarşı sanksiyaların ləğvi məsələsinin hələ müzakirə səviyyəsində olmadığını bildirib.
Rubio qeyd edib ki, Riyadda keçirilən ABŞ-Rusiya görüşlərində bu məsələ gündəmə gəlməyib. Bununla belə, o, gələcəkdə tərəflərin “bir çox mövzunu müzakirə etməli olacağını” vurğulayıb.
“Biz hələ bu mərhələyə çatmamışıq, lakin gələcəkdə şübhəsiz ki, çoxlu məsələləri müzakirə etməli olacağıq. Bu proses hələ başlamayıb, bu gün yalnız dialoqun başlanması ilə bağlı razılıq əldə olunub”, – deyə Rubio jurnalistlərə açıqlamasında bildirib.
Musavat.com -a görə bu bəyanat ABŞ və Rusiya arasında sanksiyalar və digər strateji məsələlər üzrə dialoqun başlanğıcı kimi qiymətləndirilməlidir.
Musavat.com
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ