Onlayn ictimai-siyasi qəzet
Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları gözləntilərin əksinə olaraq, artım nümayiş etdirib.
Musavat.com ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən xəbər verir ki, ölkənin neft ehtiyatları arxada qalan həftə ərzində 1,37 milyon barel artaraq 421,12 milyon barrelə çatıb.
Benzin ehtiyatları 156 min barel artaraq 223,46 milyon barel təşkil edib, kommersiya distillat ehtiyatları isə 1,69 milyon barel azalaraq 112,09 milyon barrelə düşüb.
Qeyd edək ki, mütəxəssislər neft ehtiyatlarının 450 min barrel, benzin ehtiyatlarının 1,27 milyon barel, distillat ehtiyatlarının isə 1,75 milyon barrel azalacağını gözləyirdilər.
ABŞ neft ehtiyatlarının artması bir qayda olaraq neft bazarında qiymətləri aşağı çəkən faktordur. Hazırda Brent nefti 88,16 dollara, WTI nefti isə 83,56 dollara ticarət olunur. Bu, günün əvvəlindəki qiymətdən 2 dollara yaxın azdır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ