İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan gözlənilməz eniş: İstehlakçılar....

ABŞ-da istehlakçı inamı indeksi sentyabr ayında gözləniləndən çox aşağı düşüb.

Musavat.com Miçiqan Universitetinin ilkin hesabatına əsasən xəbər verir ki, 2023-cü ilin sentyabrında ABŞ-da istehlakçı inamı indeksi bir ay əvvəlki 69,5 bənddən 67,7 bəndədək azalıb.

Analitiklər konsensus proqnoz olaraq 69,1 bəndədək azalma gözləyirdilər. Amerikalı istehlakçıların cari maliyyə vəziyyətinə münasibətini əks etdirən altindeks avqustda 75,7 bənddən sentyabrda 69,8 bəndədək azalıb, növbəti 6 ay üçün istehlakçıların gözləntiləri göstəricisi isə 65,5 bənddən 66,3 bəndə yüksəlib.

Əhali arasında orta müddətli (gələn il) inflyasiya gözləntiləri bu ay 2021-ci ilin mart ayından ən aşağı səviyyəyə - avqustdakı 3,5 faizdən 3,1 faizə, uzunmüddətli (5 il) inflyasiya təxminləri isə 3 faizdən 2,7 faizə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR