Onlayn ictimai-siyasi qəzet
Ötən həftə ərzində ABŞ-da kommersiya neft ehtiyatları 6,4 milyon barel azalaraq aprelin 19-na 453,6 milyon barel təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik aydınlaşdırıb ki, ehtiyatların bu həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 3 faiz aşağıdır. Trading Economics analitikləri ABŞ ehtiyatların 1,6 milyon barel artacağını gözləyirdilər.
Dünya bazarında neft qiymətlərində 25 faizə yaxın azalma müşahidə olunur.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ