İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları azaldı – Xəbər bazara belə təsir etdi

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 4,3 milyon barel azalaraq dekabrın 1-nə 440,8 milyon barel təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik aydınlaşdırıb ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2 faiz aşağıdır.

ABŞ-da neft ehtiyatlarının azalması xəbəri dünya bazarında neftin qiymətinin artmasına səbəb olub. Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçersləri bir barel üçün 1,06 faiz artaraq 74,1 dollara, WTI markalı neftin yanvar fyuçerslərinin dəyəri isə 1,45 faiz artaraq bir barel üçün 69,44 dollara çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR