İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları 451,42 milyon barrelə çatıb

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 3,21 milyon barel artaraq 451,42 milyon barrelə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında açıqlanıb.

Məlumatdan aydın olur ki, arxada qalan həftə benzin ehtiyatları 4,26 milyon barel azalaraq 227,82 milyon barel, kommersiya distillat ehtiyatları 1,27 milyon barel azalaraq 116,07 milyon barrelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1 milyon barrel azalacağını, benzin ehtiyatlarının 100 min barel artacağını və distillat ehtiyatlarının 1 milyon barrel azalacağını gözləyirdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR