Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası amerikalıların Çinin “DeepSeek” şirkətinin chatbotuna girişini əngəlləyən tədbirlər hazırlayır.
Musavat.com xəbər verir ki, bu məlumatla“The New York Times” çıxış edib.
Nəşr mənbələrə istinadən yazır ki, ABŞ hakimiyyəti DeepSeek-in Amerika texnologiyalarını, xüsusən də süni intellekt (AI) texnologiyaları üçün çipləri almasına qadağa qoymağı da nəzərdən keçirir. Bundan əlavə, ABŞ Çin şirkətinin Amerika mikroçiplərinin alınması ilə bağlı mövcud məhdudiyyətləri keçib-keçmədiyini araşdıracaq.
Bundan əvvəl ABŞ hakimiyyəti Çinə mikroçiplərin ixracına məhdudiyyətlər qoyub. Yeni məhdudiyyətlər üzündən Amerika texnologiya nəhəngi Nvidia 5,5 milyard dollar maliyyə itkisi gözləyir, çünki şirkət artıq Çin şirkətlərinə xüsusi lisenziya olmadan AI texnologiyaları üçün H20 çiplərini sata bilməz.
Yanvarın 20-də Çin şirkəti DeepSeek, ən müasir ChatGPT-dən üstün olduğunu iddia etdiyi R1 chatbotunun yeni versiyasını buraxıb. Çin chatbotunun tərtibatçıları modelin hazırlanması üçün cəmi 5,6 milyon dollar xərclədiklərini və köhnəlmiş çiplərdən istifadə etdiklərini deyiblər. DeepSeek chatbotu tez bir zamanda bütün dünyada istifadəçilər arasında populyarlıq qazandı və ABŞ süni intellekt liderlərinin həddən artıq qiymətləndirildiyinə dair investorların narahatlığı fonunda birjalarda təlatümlərə səbəb oldu.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ