İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da adamın evini səhvən söküblər, üstəlik, 68 min dollar tələb edirlər

ABŞ-da şəhər rəsmiləri səhvən bir kişinin evini söküb və görülən işlərə görə ondan 68 min dollar alıblar.

Musavat.com KİV-in məlumatına əsasən xəbər verir ki, Atlanta sakini Everett Tripodis bir əsrdən çox yaşı olan evi sərmayə kimi alıb və onun yenidən qurulması üzərində işləyib. Lakin adam təmiri başa vurmağa macal tapmayıb - ona xəbərdarlıq belə etmədən binanı söküblər. Daha dəqiqi, şəhət rəhbərliyi bildiriş məktubla tamam başqa ünvana göndərib.

“Məktubların səhv ünvana necə göndərilməsi məni heyrətə gətirir. Bir səhər içəri girib bir podratçı ilə görüşürəm və görürəm ki, evim artıq yoxdur. Yerində palçıqdan başqa bir şey qalmayıb", -deyə amerikalı ağlayıb.

Tripodis zərərin ödənilməsi üçün məhkəməyə müraciət edib, lakin Atlanta hökuməti nəinki evin sökülməsi üçün ona pul ödəməkdən imtina edib, həm də kişidən 68.000 dollar məbləğində ödəniş tələb edib.

“Bu, adamı şillələyəndən sonra üzünə tüpürmək kimi bit şeydir. Sadəcə əsəbləşirəm”, - o əlavə edib.

Tripodis əlavə edib ki, o, ədaləti məhkəmədə axtarmağa davam edəcək, çünki qanunun onun tərəfində olduğuna əmindir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR