Onlayn ictimai-siyasi qəzet
Son günlər ABŞ mediasının xəbər manşetləri sürpriz sevgi iddiası ilə çalxalanır.
Musavat.com xəbər verir ki, xəbərin qəhrəmanları keçmiş prezident Barak Obama, həyat yoldaşı Mişel Obama və məşhur aktrisa Cennifer Enistondur.
Belə ki, Barak Obamanın Cennifer Enistonla eşq yaşadığı iddia olunur.
61 yaşlı Mişel Obama evlilikləri haqqında yayılan dedi-qoduya cavab olaraq Obama Fondunun instaqram hesabında paylaşım edib.
M.Obama Çikaqodakı parkda silahla qətlə yetirilən 15 yaşlı Hadiya Pendletona həsr etdiyi mesajında “...Barak və mən” sözlərindən istifadə edərək bildirib ki, hər ikisi yeniyetmə qızın xatirəsinə təşkil ediləcək mərasimə qatılacaq.
Hadiya 2013-cü ildə Barak Obamanın andiçmə mərasimində çıxış etdikdən bir neçə gün sonra öldürülüb.
Mişel Obamanın son aylarda mühüm tədbirlərdə iştirak etməməsi cütlüyün evliliyi ilə bağlı söz-söhbətləri artırıb. Keçmiş birinci xanım həyat yoldaşını nə Cimmi Karterin dəfn mərasimində, nə də yeni prezident Donald Trampın andiçmə mərasimində müşayiət edib.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ