İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ

ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail nəşri yazıb.

ABŞ dövlət katibi Entoni Blinken və İsrail Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Aleksandro Mayorkas rəsmi bəyanatla çıxış ediblər.

Bəyan edilib ki, İsrail bütün ilkin şərtləri yerinə yetirdiyi üçün vətəndaşlarının ABŞ-a daxil olmasına viza tələb edilməyən ölkələr siyahısına salınıb.

Qeyd edək ki, Almaniya, Fransa, Böyük Britaniya, Sinqapur, Avstraliya, Avstriya, Danimarka, Finlandiya, Yunanıstan, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Polşa, Norveç, İsveçrə və digər dövlətlərin də daxil olduğu bu siyahıda İsrail 41-ci ölkə olaraq yer alır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR