Onlayn ictimai-siyasi qəzet
ABŞ Energetika Nazirliyi iyul ayında ölkənin mayeləşdirilmiş qaz (LNG) ixracatının 7 faiz artdığını bildirib. İxrac təqribən 9,91 milyard kubmetr təşkil edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, ABŞ 2023-cü ilin iyul ayında 350,3 milyard kubmetr maye qaz ixrac edib.
Bu, iyun ayı ilə müqayisədə 6,9 faiz çoxdur.
ABŞ Energetika Nazirliyinin aylıq hesabatına görə, Asiya ölkələrinə, xüsusən də Çin və Yaponiyaya daşınmaların payı kəskin artıb. 2023-cü ilin iyul ayında LNG ixracı 2022-ci ilin iyul ayı ilə müqayisədə isə 16,7 faiz artıb. Ümumilikdə ixraca 115 LNG tankeri göndərilib.
Məhsul əsasən Niderlanda (53,3 milyard kubfut və ya 1,51 milyard kubmetr), Yaponiyaya (40,2 milyard kubfut və ya 1,14 milyard kubmetr), Çinə (39 milyard kubfut və ya 1,1 milyard kubmetr), İspaniyaya (34,1 milyard kubfut və ya 0,97 milyard kubmetr) və Fransaya (20,6 milyard kubfut və ya 0,58 milyard kubmetr) yönəldilib. Bu ölkələrə ABŞ-ın bütün tədarüklərinin 53,4 faizi reallaşıb.
Hesabata görə, eyni zamanda ABŞ-ın ümumi LNG ixracında Asiyaya tədarükünün payı kəskin artaraq, iyunda 35 faizə qarşı iyulda 42 faizə yüksəlib. Avropaya ixrac isə azalıb - iyulda 48,5 faiz.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ